12 fevral 2024 at 19:26
Jurnalist kodu: 5487
Xəbər kodu: 85384925
T T
0 Persons
Amnesty İnternational: Rəfahda ən azı 95 fələstinli dinc sakin şəhid olub

Tehran - İRNA - Beynəlxalq Amnistiya Təşkilatı bildirib ki, sionist rejimin Qəzza zolağının cənubundakı Rəfah şəhərinə endirdiyi hava hücumları nəticəsində yarısı uşaq olmaqla azı 95 fələstinli mülki şəxs şəhid olub.

İRNA-nın ərəb mətbuatına istinadən verdiyi məlumata görə, bu təşkilat bazar ertəsi öz rəsmi portalında elan edib: “Sionist rejimin fələstinli mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsi ilə nəticələnən qeyri-qanuni hücumlarına aid yeni faktlar əldə edilib.”

Beynəlxalq Amnistiya Təşkilatı vurğulayıb: “Rəfaha 4 qeyri-qanuni hava hücumu nəticəsində yarısı uşaq olmaqla azı 95 fələstinli mülki şəxs şəhid olub.”

Sizin rəyiniz

You are replying to: .