12 fevral 2024 at 21:02
Jurnalist kodu: 5561
Xəbər kodu: 85384980
T T
0 Persons
Əmir Abdullahiyan Dohada Qətərin Baş naziri və Xarici İşlər naziri ilə görüşüb

Doha - İRNA - İran İslam Respublikasının Xarici İşlər naziri Dohada Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Ali-Sani ilə görüşüb və müzakirə aparıb.

Hüseyn Əmir Abdullahiyan bazar ertəsi 12 fevralda Dohaya gəlib. Səfərinin ilk gündəmində Qəzza böhranı ilə bağlı Baş nazir və Xarici İşlər Naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Ali-Sani ilə görüşüb və müzakir aparıb.

Daimi atəşkəsin yaradılması üçün zəruri əsasların təmin edilməsi, sionist rejimin hücum və cinayətlərinin dayandırılması, Qəzza xalqına təcili yardım çatdırılmasının vacibliyi Əmir Abdullahiyanın Qətər rəsmiləri ilə görüşlərinin ən mühüm istiqamətləri sırasındadır.

Sizin rəyiniz

You are replying to: .