Qətərə səfər etmiş ölkəmizin Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan bu gün (çərşənbə axşamı) günorta saatlarında HƏMAS Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyə ilə görüşüb və fikir mübadiləsi aparıb.
Qəzzə müharibəsinin siyasi və əməliyyat meydanında son vəziyyəti, sionist rejimin Qəzzə və İordan çayının qərb sahili əhalisinə qarşı təcavüz və cinayətlərinin dayandırılmasının zəruriliyi, Qəzzə əhalisinə humanitar yardımın dərhal çatdırılması iki tərəf arasında danışıqların əsas məqamlarından olub.
Sizin rəyiniz