Yəmən KİV-ləri bu hücumda Əl-Hudeyda əyalətindəki Əl-Cəbbana bölgəsinin hədəf alındığını bildirib.
Yəmənin Hudeydə əyaləti dünən (çərşənbə axşamı) də ABŞ və İngiltərənin bir neçə təcavüzkar hücumunun hədəfi olub.
Hələlik bu hücum nəticəsində ölən və ya mümkün dağıntılar barədə məlumat verilməyib.
Ötən günlər və həftələr ərzində Yəmənin müxtəlif bölgələri ABŞ və İngiltərənin təcavüzkar hücumlarına məruz qalıb.
Bu hücumlar sionist rejimə qarşı tətbiq edilən dəniz blokadasını dayandırmaq üçün Yəmənə təzyiq göstərmək məqsədi ilə həyata keçirilir.
Sizin rəyiniz