İordaniyanın “Əl-Məmələkəh” telekanalı Qəzza Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb ki, Qəzza zolağının cənubundakı Nasir xəstəxanasında oksigen axınının kəsilməsi və tənəffüs aparatının olmaması səbəbindən bu gün səhər saatlarından indiyədək artıq dörd xəstə dünyasını dəyişib.
Telekanal əlavə edib: “Sionist rejim əsgərləri tərəfindən çox hissəsi viran edilmiş bu xəstəxananın xüsusi qayğı şöbəsində olan körpələr sionist əsgərlərin mühasirəsi nəticəsində ölüm təhlükəsi ilə üz-üzədirlər.”
Sizin rəyiniz