Səhiyyə Nazirliyi bu gün (cümə) sionist rejimin Qəzza zolağı sakinlərinə qarşı hücumları nəticəsində şəhid və yaralananların sayı ilə bağlı gündəlik statistik hesabatında bildirib: “Sionist rejim son 24 saat ərzində Qəzza zolağında fələstinlilərə qarşı 10 cinayət hadisəsi törədib və bu cinayətlər nəticəsində 112 fələstinli şəhid olub, 157 nəfər isə yaralanıb.”
Nazirlik qeyd edib ki, bu cinayətlərin qurbanlarından bəziləri hələ də dağıntılar altında və yollarda qalıblar, işğalçı sionist rejim hərbçiləri təcili yardım, tibb işçiləri və Qızıl Ayparanın əməkdaşlarının onlara yardım etməsinə mane olur.
“Sionist rejimin cinayətləri nəticəsində oktyabrın 7-dən indiyədək 28 min 775 fələstinli şəhid olub, 68 min 552 nəfər isə yaralanıb” - deyə, Qəzza Səhiyyə Nazirliyi bildirib.
Sizin rəyiniz