16 fevral 2024 at 19:32
Jurnalist kodu: 5561
Xəbər kodu: 85388645
T T
0 Persons

Rask terror aktının 2 terrorçusu həbs edilib

16 fevral 2024 at 19:32
Xəbər kodu: 85388645
Rask terror aktının 2 terrorçusu həbs edilib

Tehran - İRNA - İran İslam Respublikasının Polis Komandanlığının sözçüsü Rask polis qərargahına edilən terror aktında iştirak edən daha 2 terrorçunun həbs edildiyini açıqlayıb.

Polis Komandanlığının sözçüsü general Səid Müntəzir əl-Mehdi cümə günü deyib: Texniki və kəşfiyyat monitorinqi nəticəsində məlum olub ki, ötən il dekabrın 15-də baş vermiş Rask polis qərargahında fədakar və özünü qurban verməkdən çəkinməyən əməkdaşların şəhadətində əli olan Ceyş əl-ədl (özlərini “ədalət ordusu” adladıran, lakin İranda “zülm ordusu” adlandırılan) terror qruplaşmasının 2 üzvü Sistan və Bəlucistan vilayətinin şəhərlərindən birində səfərdə olduqları məlum olub. Təxirəsalınmaz və lazımi tədbirlər görülərək onlar həbs ediliblər.

0 Persons

Sizin rəyiniz

You are replying to: .