Aİ bir rəsmisi cümə günü bildirib ki, ittifaq ən azı dörd gəmi ilə "Aspides" (yunanca qalxan) dəniz missiyasını "bir neçə həftəyə" başlatmağı planlaşdırır.
AFP-nin məlumatına görə, Fransa, Almaniya, İtaliya və Belçika gəmilərini bu dənizə göndərməyi planlaşdırdıqlarını bildiriblər.
Bu missiyanın müddəti bir il olaraq müəyyən edilib və Avropa İttifaqı bildirib ki, məqsədi Qırmızı dənizdə mülki gəmiləri qorumaqdır və Yəmən torpaqlarına hücum etmək niyyətində deyil.
Aİ rəsmisi ABŞ və regiondakı digər qüvvələrlə öz hərəkətlərini koordinasiya etmək üçün “müntəzəm ordular arası təmasların” olacağını bildirib.
Sizin rəyiniz