18 fevral 2024 at 14:05
Jurnalist kodu: 5487
Xəbər kodu: 85390631
T T
0 Persons
Azərbaycan qeyrət, sevgi, iman, coşqu, etiqadi və islami həyəcanın təzahürüdür

Tehran - İRNA - Şərqi Azərbaycandan minlərlə insan 1356-cı il 29 bəhmən (m.18 fevral 1978) Təbriz əhalisinin tarixi qiyamının ildönümü münasibətilə bu gün (bazar günü) səhər saatlarında İmam Xomeyninin (r) Hüseyniyyəsində İslam İnqilabının Ali Rəhbəri ilə görüşüb.

İslam İnqilabının Ali Rəhbəri: Azərbaycan qeyrət, sevgi, iman, coşqu, islami həyəcanın təzahürüdür

İslam İnqilabının Ali Rəhbəri bu gün səhər saatlarında Şərqi Azərbaycan əhalisi ilə görüşündə:

Bütün Təbrizlilərə, bütün Azərbaycan xalqına, o əziz insanlara, o qeyrətli insanlara salam göndərirəm. Azərbaycan sözün əsl mənasında sevgi və qeyrət məfhumudur.

Azərbaycan qeyrət, sevgi, iman, coşqu, etiqadi və islami həyəcanın təzahürüdür. Bu, həm Azərbaycan və Təbriz tarixində oxuduğumuz, həm də mübarizə dövründən bu günə qədər bu uzun illərdə öz gözlərimizlə gördüyümüz məsələdir.

Ali Məqamlı Rəhbər: Təbrizdə 29 Bəhmən 56-da tarix yaradan hadisə Qumda 19 dey hadisəsinə onlarca dəfə güc verdi - Təbrizlilər öz vəzifələrini lazımi anda dərk etdilər və lazımi anda ayağa qalxdılar

İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün səhər saatlarında Şərqi Azərbaycan əhalisi ilə görüşündə:

Təbrizdə 56-cı ilin 29 Bəhmən günü, şübhəsiz, tarix yaradan bir hadisə idi. Tarix yaradan hadisə dedikdə belə başa düşülməməlidir ki, başladı və bitdi; xeyr, başlayır, davam edir, genişlənir və yüksək nəticələr əldə edir, tarix dönür.

Bu hadisə nə etdi? Təbriz hadisəsi Qumda 19 Dey hadisəsini dirçəltdi. Əslində, hökumət onu ört-basdır edirdi, lakin, Təbriz hadisəsi onu onlarca dəfə qüvvətləndirdi, Qum hadisəsi Qumdan bütün ölkəyə yaydı. Bu, Təbriz hadisəsi idi. Müqavimət ruhu və inqilabi coşqusu və qiyam bütün ölkəyə yayılanda, nəticə bu olur ki, təxminən bir ildən sonra 22-ci Bəhmən hadisəsi baş verir. İran tam dəyişir. Tarix yaratmaq, bu deməkdir.

Təbrizlilər öz vəzifələrini lazımi anda dərk etdilər və lazımi anda ayağa qalxdılar. Məsələnin əhəmiyyəti budur.

0 Persons

Sizin rəyiniz

You are replying to: .