19 fevral 2024 at 18:33
Jurnalist kodu: 5561
Xəbər kodu: 85392062
T T
0 Persons

Ədən körfəzində Amerika gəmisinə raket hücumu olub

19 fevral 2024 at 18:33
Xəbər kodu: 85392062
Ədən körfəzində Amerika gəmisinə raket hücumu olub

Tehran - İRNA – İngiltərə Dəniz Təhlükəsizliyi Şirkəti və bir neçə başqa mənbə bu gün (bazar ertəsi) Amerika gəmisinin Ədən körfəzində raketlə hədəfə alındığını bildirib.

İngilis Dəniz Təhlükəsizliyi Şirkəti (Ambrey) bununla bağlı bildirib: Yunanıstan bayrağı altında üzən Amerika gəmisi Ədənin 81 dəniz mili cənub-şərqində iki dəfə hücuma məruz qalıb.

Bununla əlaqədar olaraq İngiltərə Dəniz Ticarət Əməliyyatları Təşkilatı da Yəmənin Ədən şəhərinin 100 dəniz mili şərqində baş verən hadisə ilə bağlı xəbər aldığını açıqlayıb.

Bir neçə saat əvvəl Ambrey Dəniz Təhlükəsizliyi Şirkəti xəbər verib: Bir Amerika gəmisi Yəmən sahillərində raketlə hücuma məruz qaldığını bizə bildirdi.

Bu hücum Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Sərinin bu gün səhər verdiyi açıqlama zamanı həyata keçirilib. O, deyib: Fələstin xalqına dəstək olaraq və ABŞ və İngiltərənin Yəmən ərazisinə təcavüzünə cavab olaraq Ədən körfəzində xüsusi əməliyyatda bir neçə raketlə İngiltərə gəmisini hədəfə aldıq.

O əlavə edib: Gəminin aldığı xəsarətin həcminə görə, bu gəmi Ədən körfəzində batmaq təhlükəsi qarşısındadır.

General-mayor Səri deyib: Sionist gəmiləri və işğal olunmuş ərazilərə gedən gəmilərə qarşı əməliyyatlarımız Qəzza zolağına qarşı müharibə dayandırılana və oranın mühasirəsi götürülənə qədər davam edəcək.

0 Persons

Sizin rəyiniz

You are replying to: .