19 fevral 2024 at 18:49
Jurnalist kodu: 5561
Xəbər kodu: 85392074
T T
0 Persons
Əmir Abdullahiyandan Quterreşə: Beynəlxalq ictimaiyyət Rəfah əhalisinin qətliamına icazə verməməlidir

Ölkəmizin Xarici İşlər naziri BMT Baş katibinə ünvanladığı məktubda bildirib: “Rəfaha hər hansı hərbi hücum, şübhəsiz ki, İsrail tərəfindən Fələstin xalqının soyqırımının növbəti mərhələsi olacaq. BMT-nin bu həssas məqamda öz üzərinə düşən vəzifələri yerinə yetirərək, Rəfaha sığınan fələstinlilərə qarşı daha geniş cinayətlərin qarşısını alması vacibdir.”

İRNA-nın xarici siyasət üzrə qrupunun məlumatına əsasən, ölkəmizin Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan BMT Baş katibinə ünvanladığı məktubda sionist rejim tərəfindən Rəfəh sakinlərinin qətliamına dair xəbərdarlıq edib.

Məktubun bir hissəsində bildirilir: “İşğalçı rejim Qəzza əhalisini qəsdən ərzaq, su, humanitar yardım və digər zəruri resurslardan məhrum etməklə, eləcə də fələstinliləri Qəzzadan qovmaq üçün Qəzzanı yaşanmaz hala salmaqla yanaşı, ayrıseçkilik etmədən hərbi əməliyyatlarını amansız aclıq kampaniyası ilə birləşdirdi. Bu əməli soyqırımdan başqa bir şey kimi təsvir etmək çətindir. Əksəriyyəti köçkün olan 1,5 milyondan çox insan hazırda cənubdakı kiçik Rəfah şəhərində sıxışıb qalıb.”

İranın Xarici İşlər naziri məktubun davamında vurğulayıb ki, beynəlxalq ictimaiyyət belə bir qətliamın baş verməsinə yol verməməlidir. Rəfaha hər hansı hərbi hücum, şübhəsiz ki, İsrail tərəfindən Fələstin xalqının soyqırımının növbəti mərhələsi olacaq.

0 Persons

Sizin rəyiniz

You are replying to: .