Hizbullahın bəyanatında deyilir: “İslami müqavimət mücahidləri Qəzza zolağında mətanətli Fələstin xalqına və onların cəsur və şərəfli müqavimətinə dəstək məqsədilə Livanın işğal altında olan Şəba bölgəsində yerləşən Əl-Səmaqa bazasını raketlərlə hədəfə alıb.”
Hizbullah başqa bir bəyanatında da Əl-Ramsa bazasını bir neçə raketlə hədəfə aldığını açıqlayıb.
Hizbullah Hərəkatı üçüncü bəyanatında elan edib: “İslami müqavimət mücahidləri Qəzza zolağında mətanətli Fələstin xalqına və onların cəsarətli və şərəfli müqavimətinə dəstək məqsədilə “Bərəkə Rişa” bazasının casusluq texnikasını müvafiq silahlarla hədəfə alıblar.”
Tehran - İRNA - Livan Hizbullah Hərəkatı bu gün (bazar ertəsi) axşam saatlarında sionist rejimin işğal olunmuş ərazilərin şimalında daha üç bazasını hədəf aldığını bildirib.
Sizin rəyiniz