20 fevral 2024 at 13:21
Jurnalist kodu: 5487
Xəbər kodu: 85392820
T T
0 Persons
Qətərin energetika naziri: Qırmızı dənizdə sülhün açarı Qəzzaya qarşı müharibənin dayandırılmasıdır

Tehran - İRNA - Qətərin energetika naziri vurğulayıb ki, neft və qaz nəqli marşrutunun Qırmızı dənizdən uzaqlaşması problemi İsrail rejiminin Qəzza zolağının sakinlərinə qarşı başlatdığı müharibədən qaynaqlanır və sülhün qaytarılmasının açarı bu müharibəni dayandırmaqdadır.

Qətərin energetika naziri Səd Bin Şəridə Əl-Kəbi əlavə edib ki, Qəzza zolağında müharibənin dayandırılmasının təmin edilməsi dəniz nəqliyyatı marşrutunun dəyişdirilməsi probleminin həllinin açarıdır.

O, Qəzzada müharibənin sona çatacağına və dünyanın bu atəşkəsin iqtisadi nəticələrindən faydalanacağına ümid etdiyini bildirib.

Əl-Kə`bi qeyd edib ki, “Qatar Energy” şirkətinin maye qaz istehsalında heç bir problemi yoxdur, lakin Qırmızı dənizdə iğtişaşlar və gəmiçilikdə yaranan narahatlıqlar bu şirkətdən maye qazın tədarükünü azaldıb.

Sizin rəyiniz

You are replying to: .