HƏMAS: Netanyahunun dəm vurduğu qələbə ilğımdan başqa bir şey deyil

Tehran - İRNA - Fələstin İslam müqavimət hərəkatı (HƏMAS) bəyanat yayaraq, sionist rejimin baş nazirinin sionist əsirlərin ailələrinə yalan danışdığını vurğulayıb.

HƏMAS bu gün (çərşənbə axşamı) yaydığı bəyanatında sionist rejimin Rəfəha qurudan hücumla hədələmələri barədə bildirib: “İşğalçı rejimi Rəfaha qarşı hər hansı avantüra və ya hücuma, orada qırğın və soyqırıma qarşı xəbərdar edirik.”

HƏMAS əlavə edib: “Netanyahunun axtardığı və dəm vurduğu qələbə ilğımdır və yalnız onun beynində mövcuddur.”

Bəyanatda gəlmişdir: “Netanyahu hər kəsə yalan danışır və əsirlərin zorla azad oluna biləcəyini iddia edərək, onların ailələrini aldatdı. Halbuki, vaxt bitməkdədir.”

HƏMAS bu bəyanatında sionist rejimin müqəddəs Ramazan ayında Məscidül-Əqsaya girişi məhdudlaşdırmaq qərarına da reaksiya verərək qeyd edib ki, Ramazan ayında müsəlmanların Məscidül-Əqsaya daxil olması ilə bağlı hər hansı məhdudiyyətə cavab olaraq İordan çayının qərb sahilində vəziyyət gərginləşəcək.

0 Persons

Sizin rəyiniz

You are replying to: .