20 fevral 2024 at 21:37
Jurnalist kodu: 5561
Xəbər kodu: 85393380
T T
0 Persons

Tags

ABŞ Qəzzada atəşkəsin yaradılması üçün Əlcəzairin təklif etdiyi qətnaməyə də veto qoydu

Nyu-York - İRNA - Amerika Birləşmiş Ştatları Qəzzada dərhal atəşkəsin yaradılması təklifi ilə bu dəfə Əlcəzairin BMT-dəki Ərəb Qrupu ölkələri adından təqdim etdiyi qətnaməyə, bu şuranın üzvlərinin 13 müsbət səsinə baxmayaraq, bir daha veto qoydu.

ABŞ 20 fevral çərşənbə axşamı günü baş tutan iclasda Əlcəzairin təklif etdiyi və bütün tərəflər tərəfindən dərhal humanitar atəşkəsə əməl olunmasını tələb edən qətnamə layihəsinə veto qoydu.

Bu qətnamə 15 üzvdən ibarət Təhlükəsizlik Şurasının 13 üzvünün müsbət səsini qazanmasına baxmayaraq, ABŞ buna qarşı çıxmaqla qətnamənin təsdiqlənməməsinə mane oldu.

Təhlükəsizlik Şurasının digər üzvü İngiltərə isə bitərəf qaldı.

Əlcəzairin BMT-dəki səfiri və nümayəndəsi Əmmar Benjama ölkəsinin təklif etdiyi qətnamənin səsverməyə çıxarılmasından əvvəl Qəzzada atəşkəsə, maneəsiz humanitar yardımların çatdırılmasına və mümkün soyqırımın qarşısını almaq üçün Haaqa Tribunalının qərarlarına əməl etməyə çağırış etdi.

0 Persons

Sizin rəyiniz

You are replying to: .