Bu ölkənin nümayəndəsi Jang Jun, ABŞ-ın atəşkəs qətnaməsinə veto qoymasına münasibət bildirərək vurğulayıb: “Əlcəzairin Qəzzada atəşkəs yaratmaq üçün təklif etdiyi qətnaməyə ABŞ tərəfindən veto qoyulması əslində İsrailin Qəzza zolağında qətliamları davam etdirməsi üçün yaşıl işıqdır.”
Çinin BMT-dəki səfiri bu vetonun beynəlxalq hüququ, “Beynəlxalq Məhkəmə”nin və “BMT-nin baş katibinin” göstərişlərini pozması adlandıraraq deyib ki, Təhlükəsizlik Şurası İsrailin Qəzzaya hücumlarında beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasına qəti şəkildə cavab verməli və qlobal idarəçiliyi də dəstəkləməlidir.
Sizin rəyiniz