Məhəmməd əl-Şeyx bununla bağlı deyib: “Qərbin media imperiyasının xalq əleyhinə tətbiq etdiyi media müharibəsinə baxmayaraq, müqavimət mediası, xüsusilə də azad media sionist rejimin cinayətlərinin real mənzərəsini digər xalqlara çatdırmağa kömək etdi.”
İraqın “Aletejah TV” kanalı ilə də əməkdaşlıq edən jurnalist dünyanın Fələstin xalqı ilə həmrəyliyi haqqında deyib: “Sionist rejimin bölgəyə daxil olmasından bəri 75 ildən artıqdır ki, Fələstin xalqı Amerika və İngiltərə kimi super güclər tərəfindən həyata keçirilən “Says-Piko sazişi” və “Oslo” kimi sui-qəsdlərlə üzləşib.”
Məhəmməd əl-Şeyx müsahibəsinin davamında deyib: “Sionist rejim Fələstin xalqına qarşı hər cür zülm və işğalı tətbiq etdi. Fələstin torpaqlarında qəsəbəsalma əməliyyatı o deməkdir ki, sionist rejimin mövcudluğunun əsası Qərbin regiondakı maraqlarını həyata keçirmək və onun sərvətlərini talamaqdır.”
Sizin rəyiniz