Kuba: Amerika Fələstin xalqının soyqırımında İsrailin ortağıdır

Tehran - İRNA - Kuba Xarici İşlər nazirinin müavini Anayansi Rudrigez Kamaço çərşənbə günü Haaqada Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) iclasında sionist rejimin qeyri-qanuni güc tətbiq etməklə fələstinli mülki şəxsləri, qadınları və uşaqları qətlə yetirdiyini və bu qətliamın ABŞ kimi ölkələrin köməyi ilə həyata keçirildiyini bildirərək deyib: “Amerika Fələstin xalqının soyqırıma məruz qalmasında İsrailin ortağıdır.”

Sionist rejimin Fələstindəki hərəkətləri ilə BMT, Təhlükəsizlik Şurası və Beynəlxalq Ədalət Məhkəməsinin bir çox qətnamə və qərarlarına məhəl qoymadığına diqqət çəkən Kuba Xarici İşlər nazirinin müavini vurğulayıb: “ABŞ Təhlükəsizlik Şurasında veto hüququndan istifadə etməklə 47 dəfə İsrailin Fələstində törətdiyi cinayətlərə qarşı bu şuranın təsirli addım atmasının qarşısını alıb.”

Beynəlxalq hüquqa görə, sionist rejimin Fələstin torpaqlarını işğal etməsinin qanunsuz olduğunu bəyan edən Kamaço deyib: “İsrail fələstinli mülki vətəndaşlarla hərbçilər arasında fərq qoymur. Təl-Əvivin bu siyasəti illərlə davam edən işğal, işgəncə, məcburi köç və Fələstin xalqının vətəndaşlıq hüququndan məhrum edilməsidir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .