İRNA-nın məlumatına görə, Əbdüləziz ibn Həbtur çərşənbə günü “Əl-Məsirə” telekanalı ilə müsahibəsində deyib: “Bab əl-Məndəb Yəmənindir və bizim bu boğazda əməliyyatımızın hüquqi, əxlaqi və strateji əsasları var.”
O, əlavə edib: “Biz bütün dünyaya bəyan edirik ki, bu gün Yəmən əsas oyunçudur. Bizim Amerika, Çin və Rusiya ilə işimiz yoxdur, amma Yəmən torpağından Qəzzaya həmrəy olduğumuzu bəyan edirik.”
“Fələstin müqaviməti öz əməliyyatını tam sayıqlıq və müdriklik ilə tarixi və müstəsna bir anda həyata keçirdi” - deyə, Bin Həbtur qeyd edib.
Baş nazir deyib: “Fələstin məsələsi bütün azad xalqların məsələsinə çevrilib və müqavimət oxu bu kontekstdə mühüm rol oynayır.”
Sizin rəyiniz