Kubanın Xarici İşlər naziri Bruno Rodriges X sosial şəbəkəsindəki yazdığı mesajda Qəzzada yaşanan böhranlı səhiyyə vəziyyətinə görə, sionist rejimin bu bölgəyə təcavüzünü pisləyərək bildirib: “Qəzzada hazırda 10.000 müalicə olunmamış xərçəng xəstəsi, digər ölkələrdə tibbi xidmətə ehtiyacı olan 11.000 yaralı, çirklənmə və əsas xidmətlərin olmaması səbəbindən 700.000 xəstə var.”
Kuba Prezidenti Migel Dias-Kanel də bu yaxınlarda Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qətnaməsinə ABŞ-ın təkrar veto qoymasına münasibət bildirərək vurğulayıb: “Vaşinqton Fələstin xalqının soyqırımında sionist rejimin ortağıdır.”
Sizin rəyiniz