Həzrət Ayətullah Əli Xamenei bu gün (22 fevral) cümə axşamı 40-cı Beynəlxalq Quran Müsabiqəsinin iştirakçıları ilə görüşündə deyib: “Quran insanların dərdlərinə dərmandır, istər insanların mənəvi, ruhi və fikri dərdləri olsun, istərsə də insan cəmiyyətlərinin müharibələr, zülmlər, haqsızlıqlar kimi dərdləri.”
İslam İnqilabının Ali Rəhbəri bu gün Qəzzanın İslam dünyasının əsas məsələsi olduğunu bildirərək, bu sualı ortaya qoyub: “Niyə İslam ölkələrinin başçıları sionizmə dəstəklərini kəsdiklərini elan etmirlər?”
Həzrət Ayətullah Xamenei deyib: “Hətta dünyanın müsəlman olmayan azad insanları da Qəzza əhalisi üçün matəm saxlayır.”
İslam İnqilabının Ali Rəhbəri Qurandakı ilahi vədə istinad edərək və Allahın yardımına ümid edərək bu vədi verdi: “İslam dünyası sionizm xərçəng şişinin məhvinə şahid olacaq.”
Sizin rəyiniz