Nasir Kənani X sosial şəbəkəsindəki səhifəsində yazıb: “Qondarma sionist rejimin nazirlər kabineti və knessetinin müstəqil Fələstin dövlətinin qurulmasına qarşı çıxması ilə bağlı elan etdiyi son mövqe və qərarlar bu rejimin müharibətələb və işğalçı mahiyyət və simasını bir daha açıq şəkildə ortaya qoydu.”
N. Kənani əlavə edib: “Sionist rejimin məkrli yanaşması sionist başçılarının keçmiş son bir neçə onillikdə vəd etdikləri yalançı və hiyləgər sülh iddialarının və nəticəsiz razılaşmalarının puça çıxmasıdır.”
XİN-nin mətbuat katibi bildirib: “Sionist rejim qabaqdangəlmişlik etməklə Fələstin xalqının ayrılmaz və inkaredilməz hüquqlarını, o cümlədən öz müqəddəratını təyin etmək və bütün tarixi Fələstin torpağında müstəqil Fələstin dövlətinin yaradılması hüququnu inkar etmək və görməzlikdən gəlmək niyyətindədir.”
Müharibə və qan tökülməsinə son qoymağın, bölgəyə sülh və təhlükəsizliyin qaytarılmasının yeganə yolu xalqın və həmin torpağın əsl sakinlərinin iradəsi və qərarı ilə öz müqəddəratını təyinetmə hüququnu tətbiq etmək üçün ümumxalq referendum keçirməklə bütün Fələstin xalqının səslərinə hörmətlə yanaşmaqdır.”
Sionist rejim qabaqdangəlmişlik etməklə Fələstin xalqının ayrılmaz hüquqlarını inkar etmək istəyir
22 fevral 2024 at 18:06
Xəbər kodu:
85395534
Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: “Sionist rejim qabaqdangəlmişlik etməklə Fələstin xalqının ayrılmaz və inkaredilməz hüquqlarını, o cümlədən öz müqəddəratını təyin etmək və bütün tarixi Fələstin torpağında müstəqil Fələstin dövlətinin yaradılması hüququnu inkar etmək və görməzlikdən gəlmək niyyətindədir.”
Sizin rəyiniz