İsmayıl Həniyyə Dohada Qətər əmiri Təmim bin Həməd Al-Sani ilə görüşdən sonra deyib: “HƏMAS dost və qardaş ölkələrin sionist rejimlə əsir mübadiləsi üçün vasitəçilik sahəsində səylərinə cavab verib, İsrail rejiminin Qəzzaya təcavüzünün dayandırılması ilə bağlı danışıqlar prosesinə razılıq verib.”
İ. Həniyyə HƏMAS-ın bu sahədə çox ciddilik və çeviklik nümayiş etdirdiyini bəyan edərək deyib: “HƏMAS hesab edir ki, İsrail rejimi bu məsələdə tərəddüd edir, halbuki, biz bunu heç bir şəkildə qəbul etmirik.”
HƏMAS Siyasi Ofisinin rəhbəri bildirib: “Danışıqların müddəti məhdud olacaq və biz İsrail rejiminin bu məsələdən öz cinayətlərini törətmək üçün pərdə kimi istifadə etməsinə icazə verməyəcəyik.”
Həniyyə: İsrail rejimi ilə əsir mübadiləsi üçün müzakirə müddəti məhdud olacaq
26 fevral 2024 at 21:29
Xəbər kodu:
85399165
![Həniyyə: İsrail rejimi ilə əsir mübadiləsi üçün müzakirə müddəti məhdud olacaq Həniyyə: İsrail rejimi ilə əsir mübadiləsi üçün müzakirə müddəti məhdud olacaq](https://img9.irna.ir/d/r2/2024/02/26/4/170962914.jpg?ts=1708970175903)
Tehran - İRNA - Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyə vurğulayıb: “İsrail rejimi Qəzza zolağında atəşkəs razılaşmasına nail olmaq üçün danışıqları təxirə salır, halbuki, bu danışıqların müddəti məhdud olacaq.”
Sizin rəyiniz