HƏMAS: Amerika və İsrailin zülm siyasətinə qarşı çıxan amerikalı pilot əbədi yaşadı

Tehran - İRNA - Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) bəyanat yayaraq, Vaşinqtonun sionist rejimin cinayətlərini dəstəkləmək siyasətlərinə qarşı çıxaraq özünü yandıran amerikalı pilot Aaron Buşnellin ailəsi və dostlarına başsağlığı verərək deyib: “Bu amerikalı hərbçi öz adını əbədiləşdirdi.”

HƏMAS-ın bəyanatında bildirilir: “Biz İslami Müqavimət Hərəkatı (HƏMAS) olaraq, Amerika hökumətinin zülm siyasətinə qarşı çıxaraq bəşəri dəyərlərin və zülmə məruz qalmış kədərli Fələstin xalqının müdafiəçisi kimi adı əbədiləşən amerikalı pilot Aaron Bushşnellin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.”

HƏMAS əlavə edib: “Bu amerikalı hərbçi sionist rejimin cinayətlərinin qarşısını almaq üçün özünü bu rejimin buldozerinin altına ataraq həlak olan amerikalı fəal Reyçel Korri kimi cinayətkar sionist rejimin cinayətlərinin, soyqırım törətməsinin qarşısını almaq üçün Amerika hökumətinə təzyiq göstərmək məqsədilə öz canını qurban verdi.”

Bəyanatda gəlmişdir: “Fələstin xalqına qarşı soyqırım müharibəsində nasist sionist rejiminə öz siyasətləri ilə dəstək verən ABŞ prezidenti Bayden administrasiyası ABŞ ordusunun pilotu Aaron Buşnellin ölümünə görə tam məsuliyyət daşıyır.”

Bəyanatda qeyd olunur ki, Buşnell sionistlərin Qəzza zolağında Fələstin xalqına qarşı soyqırımı və etnik təmizləmələri barədə ictimaiyyəti məlumatlandırmaq üçün fəda oldu.

HƏMAS vurğulayıb: “Qəhrəman pilot Aaron Buşnell Fələstin xalqının və dünyanın azad insanlarının yaddaşında əbədi qalacaq, Fələstin xalqı və onun haqq işi ilə bəşəri xüsusiyyətlərə sahib dünya insanlarının həmrəylik ruhunun simvolu olacaq.

Pilot Buşnellin həyatı bahasına başa gələn faciəli hadisə Amerika xalqının Fələstin xalqını qətliam və məhv etməyə kömək edən ölkələrinin siyasətinə qarşı artan qəzəbini göstərir.

Bəyanatda bildirilir: “Amerika xalqı İsrail rejiminin nasist və cinayətkar başçılarının məhkəməsindən toxunulmazlığına zəmanət verən öz ölkəsinin hökuməti vasitəsilə dünyada insani dəyərlərin pozulmasını qəbul etmir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .