27 fevral 2024 at 19:48
Jurnalist kodu: 5561
Xəbər kodu: 85400394
T T
0 Persons

Tags

İRNA-nın Baş direktoru Qərb dünyasının İran xalqına qarşı xəbər hücumunu “media terroru” adlandırdı

Tehran - İRNA - İslam Respublikası Xəbər Agentliyinin (İRNA) Baş direktoru Qərb medialarının İran xalqına qarşı hücumunu “media terroru” adlandırıb, bu xəbər hücumu ilə mübarizə aparmaq üçün region ölkələri arasında media əməkdaşlığını gücləndirilməyə və möhkəmləndiriməyə çağırıb.

Əli Nadiri çərşənbə axşamı Hindistanın İrandakı səfiri Rudra Qaurav Şrest ilə görüşündə Qərb mediasının müstəqil xalqlara qarşı zəhərli və yalançı təbliğatına toxunaraq deyib: “Müstəmləkəçi cəbhəyə bağlı medialar İran İslam Respublikasının simasını təhrif etmək üçün bütün hiylələrinə əl atıb. Ona görə də İslam Respublikası Xəbər Agentliyinin vəzifə və missiyası bu medialar ilə qarşılaşmaqda çox ağır və həssasdır.”

O, İran xalqına qarşı bütün düşmənçiliklərin səbəbini xalqın İslam İnqilabının prinsip və ideallarını müdafiə etməsi, xüsusilə də müstəqillik istəyi adlandıraraq deyib: “Müstəmləkəçi cəbhənin media hücumuna qarşı çıxmaq region ölkələrinin mediaları arasında əməkdaşlığın gücləndirilməsini tələb edir.”

Eyni zamanda, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) rəhbərlik edən İRNA-nın Baş direktoru deyib: “İslam Respublikası Xəbər Agentliyi (İRNA) uzun tarixə malik rəsmi və hökumətə bağlı media olaraq Hindistan KİV-ləri ilə xəbər sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır.”

İslam dünyasının ən mühüm məsələsi olan Fələstin məsələsi və Qəzza müharibəsinə toxunan Nadiri deyib: “Amerikanın sionist rejimə hərtərəfli yardım göstərməklə yanaşı, fələstinlilərin soyqırımının dayandırılmasına dair üç qətnaməyə veto qoyduğu bir vaxtda Cənubi Afrikanın İsrailin cinayətlərini pisləyən qanuni addımının şahidi oluruq və bu məsələ məzlum Fələstin xalqını müdafiə edən bir çox ölkələr tərəfindən müsbət qarşılandı.”

Çox səmimi bir atmosferdə keçən bu görüşdə Hindistanın İrandakı səfiri Rudra Qaurav Şrest İslam Respublikası Xəbər Agentliyinin qonağı olmaqdan və İRNA-nın Baş direktoru ilə görüşündən məmnunluğunu ifadə edib, ölkəsinin İran İslam Respublikası ilə əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində apardığı siyasətləri izah edib.

Səfir ölkəsinin regional və beynəlxalq hadisələr, xüsusilə Qəzza müharibəsi ilə bağlı mövqelərini də xatırladaraq ölkəsinin həmişə Fələstin xalqının ideyasını dəstəklədiyini qeyd edib.

O, Fələstində müharibənin davam etməsinə və müdafiəsiz insanların öldürülməsinə toxunaraq deyib: “Biz Fələstində sülhə nail olmaq üçün danışıqları dəstəkləyirik.”

Hindistanın İrandakı səfiri görüşdən sonra İRNA-nın xəbər otağını ziyarət edib, İslam Respublikası Xəbər Agentliyində xəbərlərin hazırlanması və nəşri prosesi ilə tanış olub.

0 Persons

Sizin rəyiniz

You are replying to: .