27 fevral 2024 at 21:26
Jurnalist kodu: 5561
Xəbər kodu: 85400470
T T
0 Persons

Tags

Taliban: Azərbaycan Respublikasının Kabildəki səfirliyi tezliklə fəaliyyətə başlayacaq

Tehran - İRNA - Talibanın müvəqqəti hökumətinin sözçüsü Zəbihullah Mücahid yaxın günlərdə ilk dəfə olaraq Azərbaycan Respublikasının Kabildə səfirliyinin açılacağını açıqlayıb.

Bundan əvvəl Azərbaycanın Əfqanıstandakı səfiri ölkənin Kabildə səfirliyinin yaradılması ilə bağlı rəsmi məktubu Taliban hökumətinin xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəqiyə təqdim edib.

Talibanın müvəqqəti hökumətini heç bir ölkə tanımasa da, bu hökumətin rəsmiləri bildirirlər ki, hazırda Əfqanıstanda daha 17 ölkənin səfirliyi fəaliyyət göstərir.

Talibanın müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin sözçüsü Əbdülqəhhar Bəlxi də yazıb ki, Azərbaycan səfiri Məhəmmədov Taliban müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin siyasi işlər üzrə müavini Şirməhəmməd Abbas Sitankəzi ilə görüşündə bildirib ki, rəsmi Bakı Əfqanıstanla hərtərəfli əməkdaşlığa hazırdır.

Bir sıra ekspertlər Azərbaycanın Kabildə səfirliyinin açılmasını iki ölkə arasında faydalı siyasi və diplomatik əlaqələrin genişlənməsinə səbəb kimi qiymətləndirirlər.

 

Sizin rəyiniz

You are replying to: .