Rəisi: Qəzzadakı cinayətlərə son qoymağın həll yolu İslam ölkələrinin sionist rejimlə əməkdaşlığını kəsməsidir

Ayətullah Rəisi hökumət heyətinin bugünkü iclasında deyib: “Qəzzada baş verən hadisələr bütün dünya üçün təəssüf və kədər doğurur.”

İRNA-nın məlumatına görə, Ayətullah Seyid İbrahim Rəisi hökumət heyətinin bu günkü iclasında bildirib: “İslam İnqilabının Ali Rəhbərinin vurğuladığı kimi sionist rejimin Qəzzadakı cinayətlərinə son qoymaq üçün ən mühüm həll yolu İslam ölkələrinin bu rejimlə əlaqələrini kəsməsidir.”

Prezident əlavə edib: “Bu rejimlə əməkdaşlığı dayandırmaq məzlum və qüdrətli Fələstin xalqını xilas etmək üçün çəkindirici tədbir və həll yoludur.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .