İRNA-nın məlumatına görə, Hüseyn Əmir Abdullahiyan İngiltərənin 4-cü televiziya kanalına müsahibəsində bu məsələni vurğulayıb və əlavə edib: “Əgər İran və İngiltərədə eyni vaxtda referendum keçirilərsə və mövzu xalqın quruluşa dəstək verməsi olsa, İngiltərənin bu referendumda uduzacağına şübhə etməyin.”
İngiltərənin 4-cü telekanalının aparıcısı İslami Şura Məclisi seçkilərini bəhanə edərək xalqın 75%-nin hökumətə inanmadığını iddia etməsinə ölkəmizin Xarici İşlər naziri belə cavab verib: “Birincisi, bu 75%-i haradan almısınız ki, belə bir iddiadasınız? İkincisi, İranda İnqilabın qələbəsindən sonra bizdə hər il ən azı bir dəfə bütün İran xalqının iştirakı ilə azad seçkilər keçirilir. Üçüncü məqam ondan ibarətdir ki, biz İranda insanları (seçkilərdə) iştirak etməyə təşviq edirik, amma iştirak etməməyə görə cəza siyasəti tətbiq etmirik. Halbuki, bir çox qərb ölkələrində bir şəxs seçkilərdə iştirak etmirsə, onun üçün müvəqqəti sosial istisnalar nəzərdə tutulur və ya hətta maliyyə cəriməsi ödəməli olur.”
Sizin rəyiniz