29 fevral 2024 at 21:58
Jurnalist kodu: 5561
Xəbər kodu: 85402900
T T
0 Persons

Tags

ABŞ-İngiltərə təcavüzkar koalisiyası Yəmənin Hudeydə bölgəsinə yenidən hücum edib

Amerika və İngiltərə döyüş təyyarələri cümə axşamı, axşam saatlarında Yəmənə yeni təcavüzündə Hudeydanın şimalındakı Rəs İsa və Əl-Kuveyzi bölgələrini bombalayıb.

ABŞ-İngiltərənin təcavüzkar koalisiyası cümə axşamı, axşam saatlarında Yəmənin qərbində yerləşən Hudeyda vilayətinə hücum edib.

Ənsarullaha aid medianın məlumatına görə, Amerika və İngiltərə qırıcıları axşam saatlarında Hudeyda əyalətinin Rəs İsa bölgəsini iki dəfə bombalayıb.

Təcavüzkar koalisiyaya aid qırıcılar həmçinin iki dəfə Hudeydə əyalətinin (Yəmənin qərbi) Əl-Darəyhimi şəhərindəki Əl-Kuveyzi bölgəsini hədəfə alıblar.

Yəmən ordusu vurğulayıb ki, Ədən körfəzi və Qırmızı dənizdə naviqasiya sionist rejim və onunla əlaqəli gəmilərdən başqa digər gəmilər üçün sərbəstdir və onlar tam təhlükəsizlikdədir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .