1 mart 2024 at 09:45
Jurnalist kodu: 5561
Xəbər kodu: 85403317
T T
0 Persons

Tags

İranda seçkilər başladı - Ayətullah Xamenei səs verdi - Video

1 mart 2024 at 09:45
Xəbər kodu: 85403317
İranda seçkilər başladı - Ayətullah Xamenei səs verdi - Video

Tehran - İRNA - İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei bu gün, 1 mart səhər saat 8-də İslami Şura Məclisi və Rəhbərlik Ekspertlər Məclisi seçkiləri üçün səsvermənin başladığı ilk dəqiqələrdə səsvermədə iştirak edib.

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün, 1 mart İslami Şura Məclisinin 12-ci seçki dövrü və Rəhbərlik Ekspertlər Məclisinin 6-cı seçki dövrünə səsvermənin başladığı ilk dəqiqələrdə İmam Xomeyni (r) Hüseyniyyəsində 110 saylı səyyar seçki məntəqəsində səs verib.

Bu gün səhər saat 8-də Ali Məqamlı Rəhbər şəxsiyyət vəsiqəsini götürərək 110 səyyar seçki qutusuna yaxınlaşıb və Tehran əhalisinin İslam Şura Məclisində  təmsilçiliyinə və Ekspertlər Məclisində təmsilçiliyinə namizədlərə səs verib.

Yerli və beynəlxalq mediadan yüzdən çox jurnalistin iştirakı ilə keçirilən bu mərasim KHAMENEI.IR mediasından, İran İslam Respublikasının Radio və Televiziyasından və digər xarici KİV-lərdən canlı yayımlanıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .