Xarici İşlər naziri bu yaxınlarda ölkəmizin Prezidenti cənab doktor Rəisinin Ankaraya səfəri zamanı əldə olunan razılaşmalara toxunaraq, bu razılaşmaların həyata keçirilməsi üçün birgə səylərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Əmir Abdullahiyan Qəzzada son hadisələrə və sionistlərin məzlum Fələstin xalqına qarşı cinayətlərinin davam etməsindən söz açıb, İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər nazirlərinin qarşıdan gələn iclasının keçirilməsinə işarə edib, bu iclasda İslam ölkələrinin işğalçı rejimin törətdiyi soyqırımı və İsrailin aparteidini dayandırmaq üçün səmərəli nəticələrə və tədbirlərə nail olacağına ümid etdiyini bildirib.
İran və Türkiyə xarici işlər nazirləri arasında sionist rejimin Qəzzadakı cinayətləri ilə bağlı telefon danışığı
1 mart 2024 at 10:28
Xəbər kodu:
85403421
Ölkəmizin Xarici İşlər naziri Əmir Abdullahiyan Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ilə telefon danışığında iki ölkə arasında əlaqələrin inkişaf prosesi, iki ölkə prezidentlərinin son razılaşmalarının izlənməsi, Fələstində baş verənlər və sionist rejimin Qəzzada törətdiyi cinayətlər barədə danışıb və fikir mübadiləsi aparıb.
Sizin rəyiniz