Livan Hizbullahı cümə günü vurğulayıb: “Əl-Mənarada işğalçı hərbçilərdən ibarət qrupun mövqelərinə raket zərbələri endirildi, bu hücum nəticəsində işğalçı qüvvələr öldürüldü və yaralandı.”
Hizbullah başqa bir əməliyyatda isə Mayan Baruç qəsəbəsində yerləşən sionist rejim hərbilərinin toplaşdığı yeri intiharçı pilotsuz təyarrə ilə hədəfə alıb.
Digər tərəfdən, işğalçı sionist rejimin təyyarələri Livanın cənubundakı Ramya kəndi və onun ətrafını bombalayıb. İşğalçıların təyyarələri Ayta əş-Şəab kəndini də hədəfə alıb. Həmçinin, sionist rejimin artilleriyası Ramya və Beyt Leyf kəndlərinin ətrafını güclü şəkildə hədəfə alıblar.
Sizin rəyiniz