BMT məruzəçisi İsrail rejiminin Qəzzada törətdiyi qırğınla bağlı dediklərini rədd etdi

Tehran - İRNA - BMT-nin Fələstində insan haqları üzrə xüsusi məruzəçisi sionist rejimin Qəzza zolağının şimalında son qətliamı ilə bağlı açıqlamasını rədd edib və BMT-nin bu rejimin cinayətləri qarşısında susmasını sərt tənqid edib.

Françeska Albanese “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib: “Qəzza zolağının sakinlərinə kömək etməyin yeganə yolu müharibəni və bu əraziyə təcavüzü dayandırmaqdır.”

O, Qəzzanın şimalında humanitar yardımın gəlməsini gözləyən Fələstin vətəndaşlarının qətliam edilməsi ilə bağlı deyib: “İsrailin ötən cümə axşamı cinayətlə bağlı dedikləri doğru deyil.”

“BMT Təhlükəsizlik Şurası üzvlərinin İsrailin cinayətləri qarşısında susması insanı şoka salır” - deyə, BMT məruzəçisi bildirib.

Albanese fələstinlilərə ərəb hökumətləri tərəfindən kifayət qədər dəstəyin olmadığını qeyd edib.

Cümə axşamı sionist rejim ordusu Qəzza şəhərinin Əl-Rəşid küçəsində humanitar yardım almaq üçün gözləyən günahsız Fələstin vətəndaşlarına atəş açdı, nəticədə 112 nəfər şəhid oldu, 700-dən çox insan yaralandı.

0 Persons

Sizin rəyiniz

You are replying to: .