2 mart 2024 at 15:20
Jurnalist kodu: 5487
Xəbər kodu: 85405662
T T
0 Persons

Tags

Hizbullah sionist rejimin komanda mərkəzinə PUA ilə hücum edib

2 mart 2024 at 15:20
Xəbər kodu: 85405662
Hizbullah sionist rejimin komanda mərkəzinə PUA ilə hücum edib

Tehran – İRNA - Livan Hizbullahı sionist rejimin komanda mərkəzinə PUA ilə hücum etdiyini açıqlayıb.

Livan Hizbullahı şənbə günü verdiyi bəyanatda bildirib: Qəzza zolağında müqavimət göstərən Fələstin xalqını və həmçinin cəsur Fələstin müqavimətini dəstəkləmək üçün işğal olunmuş Fələstinin şimalındakı “Liman” bölgəsində yerləşən komanda mərkəzini PUA ilə hədəfə aldıq. Hədəf dəqiq vuruldu.

Fələstin müqavimət qruplarının “Əl-Əqsa tufanı” əməliyyatının başlaması ilə Livan Hizbullahı Fələstin xalqına dəstək və Qəzzada müqavimətə təzyiqləri azaltmaq üçün sionist rejimin Fələstin ərazisi daxilindəki hədəflərinə qarşı gündəlik və ağır əməliyyatlar həyata keçirib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .