İƏT bu təşkilatın X sosial şəbəkəsindəki səhifəsində paylaşdığı bəyanatda bildirib: “İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının İsrail rejiminin Fələstin xalqına qarşı davamlı təcavüzünü müzakirə etmək üçün fövqəladə iclası bu həftənin çərşənbə axşamı günü təşkilatın Ciddədə yerləşən mərkəzi katibliyinin ofisində keçiriləcək.”
Bəyanatda İƏT Baş katibi Hüseyn İbrahim Tahanın bu toplantının açılış iclasında çıxış edəcəyi bildirilir.
Bəyanatın digər hissəsində vurğulanır: “Bu təşkilatın katibliyi sionist rejimin fələstinlilərə qarşı cinayətlərini izləmək və müxtəlif medialarda dərc etmək üçün yaradılmış və fəaliyyətə başlayan media rəsədxanası ilə yanaşı, İsrail rejiminin cinayətlərini sənədləşdirmək üçün hüquq qoruyucusu yaradır.”
Sizin rəyiniz