2 mart 2024 at 23:21
Jurnalist kodu: 5561
Xəbər kodu: 85406045
T T
0 Persons

Tags

Rəisi:
İran və İraqın sərhəd bölgələrində terrorçu qruplarla mübarizə hər iki ölkənin qarşılıqlı fəaliyyətini tələb edir

Tehran - İRNA - Prezident, general Süleymaninin düşmənlərin İraq hökuməti və xalqına qarşı planının qarşısının alınmasındakı tarixi rolunu xatırladaraq, iki ölkə arasında İraq tərəfdən terrorçu və separatçı ünsürlərin İran İslam Respublikasının sərhədlərində tərksilah olunması və mövcudluğu və fəaliyyətinin qarşısının alınması ilə bağlı təhlükəsizlik sazişinin tam şəkildə həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Seyid İbrahim Rəisi, yerli vaxtla şənbə günü, martın 2-si axşamüstü Əlcəzairdə Qaz İxrac Edən Ölkələrin Zirvə Toplantısının 7-ci sammitində iştirak edən dövlət başçıları ilə ikitərəfli görüşlərinin davamında İraq Prezidenti Əbdüllətif Rəşid ilə görüşüb. O, İran İslam Respublikasının hər zaman güclü və təhlükəsiz İraqı arzuladığını bildirərək, Ərbəin yürüşünün əzəmətli mərasimini iki xalq arasında dərin qəlb və dini bağlılığın gözəl təzahürlərindən biri adlandıraraq, bütün etnik və dinlərdən olan İraq xalqının bu möhtəşəm mərasimə ev sahibliyi etməsini tərif və minnətdarlığa layiq hesab etmişdir.

Prezident İran və İraq üçün təhlükəsizlik məsələsinin vacibliyinə işarə edərək bildirib ki, sərhəd məntəqələrində terrorçu və separatçı qruplarla mübarizə hər iki ölkənin qarşılıqlı fəaliyyətini və əməkdaşlığını tələb edir.

Rəisi İraq xalqı, xüsusən də Kürdüstan bölgəsi sakinlərinin İran xalqı ilə uzun müddətdir davam edən mehriban yaxınlıq və qonşuluq tarixinə toxunaraq, sionist rejimin bu əlaqələrə xələl gətirmək üçün fitnəsinə qarşı xəbərdarlıq edib. O, Şəhid general-leytenant Qasim Süleymaninin düşmənlərin İraq hökuməti və xalqına qarşı planının qarşısının alınmasındakı tarixi rolunu xatırladaraq, iki ölkə arasında İraq tərəfdən terrorçu və separatçı ünsürlərin İran İslam Respublikasının sərhədlərində tərksilah olunması və mövcudluğu və fəaliyyətinin qarşısının alınması ilə bağlı təhlükəsizlik sazişinin tam şəkildə həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

İraq prezidenti bu görüşdə həmçinin İran İslam Respublikası ilə İraq arasındakı əlaqələrin coğrafi sərhədləri aşdığını və iki xalqın dərin dini və mədəni etiqadlarına əsaslandığını bildirib və deyib: Biz İraq xalqının kritik və tarixi dönəmlərində İslam Respublikası və İran xalqının xeyirxahlığını heç vaxt unutmayacağıq və əmin edirik ki, İraq ərazisindən İran İslam Respublikası ərazisinə zərrə qədər təcavüzə heç vaxt icazə verməyəcəyik.

Əbdülətif Rəşid iki ölkənin Fələstin məsələsində ortaq baxışını vurğulayaraq dedi: Biz İran İslam Respublikası hökumətinin Fələstin və Qəzza məsələsi ilə bağlı cəsarətli mövqeləri ilə fəxr edirik və inanırıq ki, nə qədər ki, regionda sionist rejim kimi cinayətkar və təcavüzkar rejim mövcuddur, bu bölgədə asayiş sabitliyi olmayacaq.

0 Persons

Sizin rəyiniz

You are replying to: .