Fələstin müqavimət qrupları bu bazar günü birgə bəyanat yayaraq “Ümumdünya Ramazan Tufanı” çağırışını dəstəkləyiblər, dünyanın oyanmış vicdanlarını Fələstin ideyasına kömək etmək üçün mübarək Ramazan ayında milli, regional və beynəlxalq səviyyədə ən böyük rəsmi, ictimai və qlobal hərəkata qatılmağa çağırıblar.
Çağırışın davamında bildirilir ki, bu hərəkətin məqsədi təcavüzə qarşı mübarizə aparmaq, Qəzzada soyqırıma son qoymaq və sionistlərin bütün sui-qəsdlərini zərərsizləşdirmək üçün işğalçılara təzyiq göstərməkdir.
Fələstin müqavimət qrupları çağırışlarında bu “qlobal tufan”ın işğalçılara qarşı bütün növ sanksiyalara, onlara hər cür yardımın kəsilməsinə, bütün paytaxt və şəhərlərdə ictimai meydanlarda tətillər və oturaq aksiyalar elan etmək, nümayişlər təşkil etməyə şamil olmasını istəyiblər.
Sizin rəyiniz