Prezident Ayətullah Seyid İbrahim Rəisi İran və Əlcəzairin Fələstin məsələsində ortaq mövqelərini vurğulayaraq deyib: “Bu gün İslam dünyasının, hətta bəşəriyyət dünyasının əsas məsələsi kimi Qəzzada məzlum fələstinli müsəlmanlar haqqında maarifləndirmə işi İslam ölkələrindəki məscidlərin fəaliyyətinin diqqət mərkəzində olmalıdır.”
Prezident vəhdət və birliyi bu gün İslam dünyasının ən vacib ehtiyaclarından biri adlandıraraq bəyan edib: “Məscidlərin digər mühüm funksiyası İslam ümməti arasında vəhdət və birlik yaratmaqdır və məscidlər bu sahədə təsirli rol oynaya bilər.”
Ayətullah Rəisi Əlcəzairə iki günlük səfərinin davamında bu ölkənin təhsil nazirinin müşayiəti ilə Afrikanın ən böyük, İslam dünyasının isə üçüncü ən böyük məscidi olan Əlcəzair Came məscidində olub, bu məscidin bəzi bölmələri və onun tikinti prosesi ilə tanış olub, sonra Əlcəzair namazqılanları ilə birlikdə məğrib namazını qılıb.
Prezident xoşbəxtlikdən İran İslam Respublikası ilə Əlcəzairin Fələstin məsələsində vahid mövqeyə malik olduğunu bildirərək deyib: “Əgər məzlum Fələstin xalqını dəstəkləmək və sionist rejimlə qarşıdurmada bütün İslam dünyasında belə bir ortaq mövqe olsaydı, sionistlərin məzlum fələstinlilərə qarşı belə cinayətlər törətməyə cəsarəti çatardımı?”
Sizin rəyiniz