HƏMAS Siyasi Bürosunun üzvü Üsamə Həmdan Beyrutda Beynəlxalq Müqavimət Alimləri Birliyinin “Əl-Bunyanul-Mərsus” adlı konfransında əlavə edib: “Sionist düşmənin Fələstin məsələsini məhv etməyə çalışması və amerikalıların öz maraqlarından çıxış edərək bölgənin nizamını dəyişmək niyyətində olmasının ardınca müqavimət onlara qarşı “Əl-Əqsa Tufanı” əməliyyatı çərçivəsində hərəkətə keçdi.”
Həmdan deyib: “Müqavimət Fələstini azadedici məsələ kimi yenidən gündəmə gətirməyə və onun məhvinin qarşısını almağa müvəffəq oldu.”
HƏMAS Siyasi Bürosunun üzvü bildirib: “Müqavimət qrupları əməkdaşlıq və təcrübə mübadiləsi mərhələsindən işğalçı İsrail rejiminə qarşı mübarizədə hərtərəfli iştirak mərhələsinə qədəm qoyublar.”
“Qonşu ölkələrdə, xüsusən də Qəzzanın şimalında olan qardaşlarımız Qəzzanın mühasirəsini yarmaq üçün hərəkətə keçməlidir” - deyə, o, vurğulayıb.
Sizin rəyiniz