5 mart 2024 at 15:30
Jurnalist kodu: 5487
Xəbər kodu: 85409134
T T
0 Persons

Tags

Türkiyədə 7 Mossad casusu saxlanıldı

5 mart 2024 at 15:30
Xəbər kodu: 85409134
Türkiyədə 7 Mossad casusu saxlanıldı

Tehran - İRNA - Türkiyə xəbər mənbələri sionist rejimin "Mossad" kimi tanınan casusluq təşkilatının bu ölkədə yeddi casusunun saxlanıldığını açıqlayıb.

“Anadolu” xəbər agentliyi təcili xəbərdə Türkiyə kəşfiyyatının məlumat toplayıb Mossad casus agentliyinə satmaqda şübhəli bilinən 7 nəfəri həbs etdiyini bildirib.

Ötən ay da Türkiyə təhlükəsizlik aparatı Mossad-a məlumat satmaqda ittiham olunan 7 nəfəri həbs edib.

Türkiyə təhlükəsizlik rəsmiləri daha əvvəl Mossad ilə əlaqədə şübhəli bilinən 33 nəfəri həbs etmişdi.

Bununla bağlı Türkiyənin “Sabah” qəzeti bu günlərdə Türkiyədə həbs olunan casuslarla bağlı xəbərdə yazıb: “Fələstinli ailələrlə çəkdirdikləri hər fotoşəkilə görə onlara 100 min dollar ödənilib.”

"Sabah"-ın yazdığına görə, həyata keçirilmiş araşdırmada müəyyən edilib ki, Türkiyəyə girə bilməyən Mossad ünsürləri bu ölkədən kənarda yerləşən lüks otellərdə bu şəxslərlə görüşüblər, müvafiq iclaslar keçiriblər, izləmə və monitorinq, video sənədləşdirmə, şifrələmə və məlumatların göndərilməsi kimi təlimlər keçiblər.

Qəzet əlavə edib: “2021 və 2022-ci illərdə Türkiyə təhlükəsizlik qüvvələri 58-i əcnəbi, 39-u Türkiyə vətəndaşı olmaqla Mossad-la əlaqəsi olan 97 nəfəri həbs edib, məhkəmədən sonra onların cəzası təyin edilib və onlardan 51 nəfəri hələ də cəzasını çəkir.

Sizin rəyiniz

You are replying to: .