Çilinin Müdafiə Nazirliyi çərşənbə günü yaydığı bəyanatda bildirib: “Çili hökumətinin qərarından sonra aprelin 9-dan 14-dək keçiriləcək Beynəlxalq Hava və Kosmik Sərgi (FIDAE) İsrail şirkətlərinin iştirakını qəbul etməyəcək.”
Bu xəbərə görə, Çili bu qərarın səbəbini açıqlamayıb, amma Çili Prezidenti Qabriel Boriçin solçu hökuməti sionistlərin Qəzzaya hücumunu tənqid edənlərdən və əleyhdarlarından biridir.
Çili ərəb dünyasından kənarda ən çox Fələstin əhalisinə ev sahibliyi edən ölkədir və oktyabr ayında Qəzzada "qəbuledilməz insan haqları pozuntularına" etiraz olaraq öz səfirini İsraildən geri çağırdı.
Sizin rəyiniz