Reuters xəbər agentliyi dünən gecə (5 mart) iddiaçıların bəyanatına istinad edərək yazıb ki, Kanada federal məhkəməsində açılan iddiada, beynəlxalq hüququn pozulması və sionist rejim tərəfindən qadınlara və uşaqlara qarşı ciddi zorakılıq hərəkətlərinin törədilməsi “əhəmiyyətli təhlükə” olduğu üçün ölkə qanunlarının İsrailə hərbi məhsulların ixracına mane olduğu iddia edilir.
İddiaçıların sözlərinə görə, rəsmi Ottava İsrailə 21 milyon dollardan çox hərbi təyinatlı məhsulların ixracı üçün yeni icazələr verib ki, bu da keçən ilki icazələrin dəyərindən çoxdur.
“Reuters”in məlumatına görə, Qəzza müharibəsinin qızğın çağında NATO-ya üzv ölkələr, ABŞ və Hollandiya İsrailə silah ixracı ilə bağlı məhkəmə çəkişmələri ilə üzləşirlər.
Sizin rəyiniz