Çərşənbə günü Ayətullah Seyid İbrahim Rəisi Sistan və Bəlucistan əhalisinə yardımların vəziyyətini yaxından izləmək və əhalinin problemlərinin həlli üçün lazımi göstərişlər vermək üçün bu əyalətə gəlib.
Sistan və Bəlucistanda yağışların intensivləşməsi və daşqınların baş verməsindən sonra bu vilayətin infrastruktur hissələrinə ziyan dəyib, bir sıra yollar bağlanıb və sel yaşayış evlərinə daxil olub.
Bundan əvvəl daxili işlər, energetika, cihad kənd təsərrüfatı nazirləri, həmçinin, SEPAH-ın quru qüvvələrinin komandanı, Qırmızı Aypara Cəmiyyətinin Hava Yardım Mərkəzinin rəhbəri və bəzi digər hökumət və hərbi rəsmiləri xalqın vəziyyətini izləmək üçün Sistan və Bəlucistana gəliblər.
Sizin rəyiniz