7 mart 2024 at 10:14
Jurnalist kodu: 5487
Xəbər kodu: 85410955
T T
0 Persons

Tags

Kənani: Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları İran torpağının ayrılmaz və əbədi hissələridir

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi Əbu Musa, Böyük Tunb və Kiçik Tunb üç adasının İran torpağının ayrılmaz və əbədi hissəsi olduğunu vurğulayaraq deyib: “İran İslam Respublikası heç vaxt öz ərazi bütövlüyünü müzakirə edilə bilən hesab etmir.”

Nasir Kənani Küveyt əmirinin Birləşmiş Ərəb Əmirliklərinə səfərinin yekun bəyanatında İranın üç adası və Arəş meydanı ilə bağlı iddiasına reaksiya verib və bu bəyanatın bəzi müdaxilə xarakterli bəndlərinin müddəalarını rədd edərək deyib: “Dəfələrlə vurğulandığı kimi Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları İran torpağının ayrılmaz və əbədi hissəsidir, bu bəyanatda və ya digər görüşlərin təkrar bəyanatlarında onlara işarə edilməsinin heç bir siyasi və hüquqi dəyəri yoxdur və İranın daxili işlərinə müdaxilə sayılır.”

“İran İslam Respublikası heç vaxt öz ərazi bütövlüyünü müzakirə edilə bilən hesab etmir” - deyə, mətbuat katibi bildirib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .