Livan Hizbullahı işğal altındakı Fələstinin şimalında Qərbi Qalileyada yerləşən Leyman bölgəsində işğalçı qüvvələrin yeni yaradılmış komanda qərargahını artilleriya atəşi ilə hədəfə aldığını və bunun nəticəsində işğalçı qüvvələrə birbaşa itkilər verdiyini açıqlayıb.
Sionist rejim televiziyasının 12-ci kanalı da işğal altındakı Fələstinin şimalında baş verən hadisələrlə bağlı açıqlama verib: Livan Hizbullahı sözügedən ölkənin ərazisindən bir neçə raket ataraq, Qərbi Qalileyanın şimalındakı Rəs-Nəqqurah hərbi bazasını hədəfə alıb.
İvrit dilli “Maariv” qəzeti də vurğulayıb: Ən azı 10 raket Livan torpağından Ras-ən-Nəqüuraya doğru atılıb.
Sizin rəyiniz