Bu iki xəbər agentliyi arasında anlaşma memorandumu Tokioda Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 52-ci iclası çərçivəsində imzalanıb.
Xəbər və video reportajların mübadiləsi, texniki sahələrdə əməkdaşlıq və birgə media layihələrinin həyata keçirilməsi bu memorandumun bəndləri sırasındadır.
1961-ci ildə yaradılan OANA Asiya xəbər agentliklərinin ən böyük qurumudur və 35 ölkədən 42 xəbər agentliyi təşkilata üzvüdür.
OANA-nın 52-ci İcraiyyə Komitəsinin iclası Yaponiyanın Kyodo xəbər agentliyinin ev sahibliyi ilə Tokioda keçirilir. 2025-ci ilə qədər İRNA OANA-nın prezidenti olacaq.
Sizin rəyiniz