9 mart 2024 at 16:11
Jurnalist kodu: 5487
Xəbər kodu: 85413205
T T
0 Persons

Tags

Sionist rejimin Qəzzada cinayətləri davam edir

9 mart 2024 at 16:11
Xəbər kodu: 85413205
Sionist rejimin Qəzzada cinayətləri davam edir

Tehran - İRNA - Bu şənbə günü sionist rejim ordusunun Qəzzaya hərtərəfli hücumları nəticəsində bu zolağın daha bir neçə sakini şəhid olub və yaralanıb.

Sionist işğalçıların Qəzza zolağındakı cinayətləri Qəzza şəhərinin Şeyx Rizvan bölgəsinin bombalanması ilə davam edib. Bu ərazinin bombalanması nəticəsində 4 Fələstin vətəndaşı şəhid olub, bir neçə nəfər yaralanıb.

Sionist rejim ordusu Qəzza zolağındakı cinayətlərinin davamında Qəzzanın cənubundakı Xan Yunis şəhərində onlarla yaşayış evini bombalayıb və dağıdıb.

Xan Yunisdəki Həməd qəsəbəsində fələstinli qaçqınların bombalanması da bu qaçqınlardan bir neçəsinin şəhid olmasına və yaralanmasına səbəb olub.

Sionist rejim əsgərləri həmçinin Qəzza zolağının mərkəzindəki Nəsirat düşərgəsində bir evi bombalayıblar və bu hadisədə bir neçə nəfər şəhid olub və yaralanıb.

Fələstin İslami Cihad Hərəkatının hərbi qolu Saraya əl-Qüds bu gün yaydığı bəyanatda bu cinayətlərə cavab olaraq Qəzza şəhərinin Əz-Zeytun məhəlləsində sionist düşmənin toplaşdığı yer və hərbi texnikanı hədəfə aldığını bildirib.

Saraya əl-Qüds qeyd edib ki, bu qrupun mücahidləri, Mucahidin Batalyonları və Fəth Hərəkatının hərbi qollarından olan Əbdülqadir əl-Hüseyni Batalyonları ilə əməkdaşlıq edərək 107 minaatanla sionist düşmənin canlı qüvvə və texnikasının toplaşdığı yeri hədəfə alıblar.

0 Persons

Sizin rəyiniz

You are replying to: .