Ali Baş Komandanın ordu məsələləri üzrə müşaviri briqada generalı Əmir Hatəmi Hərbi Hava Qüvvələrinin şəhid general-leytenantı Əli Səyyad Şirazinin nailiyyətlərinin sərgisini ziyarət edərkən sözügedən qüvvələrin komandirləri, rəisləri və yüksək rütbəli rəsmiləri qarşısında bildirib ki, İslam İnqilabı sayəsində inkişafın, yüksəlişin, sanksiyaları zərərsizləşdirməyin və Ordunun HHQ-nin iqtidarının şahidi olduq. O, dedi: Bu gün biz HHQ-nin döyüş hazırlığı faizinin qəbul olunan səviyyəyə çatdığının şahidi oluruq. HHQ-nin əsas ehtiyacları olan gecəgörmə avadanlığı ilə təchiz olunmaq, yeni və uzaqmənzilli raketlərlə silahlanma kimi innovativ və yaradıcı işlər ordu komandanlığı strukturunun himməti və iradəsi ilə həyata keçirilib.
Əmir Hatəmi sionist rejimin işğal olunmuş ərazilərdə, xüsusilə də Qəzzada törətdiyi cinayətlərə toxunaraq davam etdi: Təəssüflər olsun ki, insan haqları iddiasında olan ölkələr bir-birinin ardınca atəşkəsi bərpa etmək və hər gün artmaqda olan Qəzza xalqının qətliamının qarşısını almaq üçün Təhlükəsizlik Şurasının qətnamələrinə həyasızcasına veto qoyurlar. Bu davranışları ilə onlar özlərinin Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq təşkilatların şəxsiyyətlərini, səlahiyyətini və etimadını məsxərəyə qoyublar.
Sizin rəyiniz