9 mart 2024 at 20:49
Jurnalist kodu: 5561
Xəbər kodu: 85413421
T T
0 Persons

Tags

Həniyyənin İslam dünyası liderlərinə mesajı; Qəzza zolağında cinayətləri dayandırmaq üçün təcili tədbir

Tehran - İRNA - HƏMAS Siyasi Ofisinin rəhbəri bu gün (şənbə) İslam dünyasının liderlərinə ünvanladığı müraciətdə Ramazan ayı ərəfəsində Qəzza zolağında müharibəni dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb.

Sama xəbər agentliyinin məlumatına görə, HƏMAS bununla bağlı yaydığı bəyanatda bildirib: “HƏMAS Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyə İslam dünyasının liderlərinə, tanınmış şəxsiyyətlərinə və din xadimlərinə müraciət göndərib, onları Qəzza zolağında Fələstin xalqına qarşı təcavüzü dayandırmaq və Məscidül-Əqsanı qorumaq üçün dərhal siyasi, diplomatik və hüquqi tədbirlər görməyə çağırıb.”

Həniyyə bu müraciətində həmçinin sionist rejimi dəstəkləyən ölkələrə təzyiq göstərməyə və bu uşaq öldürən rejimi Qəzza zolağında qeyd-şərtsiz soyqırımı dayandırmağa məcbur etməyə çağırıb.

HƏMAS-ın bəyanatına görə, Həniyyə Qəzza xalqına qida, dərman, sığınacaq və həmçinin keçidlərin açılması baxımından real yardımın göstərilməsi prosesinin sürətləndirilməsini vurğulayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .