11 mart 2024 at 10:21
Jurnalist kodu: 5487
Xəbər kodu: 85414923
T T
0 Persons

Tags

CIA rəhbərinin Qəzzada müvəqqəti atəşkəs yaratmaq məqsədi ilə Misirə gizli səfəri

Tehran - İRNA - Qətərin “Əl-Ərəbi əl-Cədid” qəzeti bir sıra mənbələrə istinadən məlumat yayıb ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri bu yaxınlarda Misirə gizli səfər edib və Qəzzada müvəqqəti atəşkəslə bağlı danışıqlar aparıb.

Misirli mənbə bu mediaya bildirib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Berns ötən cümə günü Misirə gizli səfər edib.

Bu xəbərə görə, səfər zamanı mübarək Ramazan ayının başlaması ilə 2-4 günlük qısamüddətli humanitar atəşkəsə nail olmaq imkanları araşdırılıb.

Bu mənbə Ramazan ayının başlaması ilə tez bir zamanda humanitar atəşkəs bərqərar olması üçün ABŞ-dan təzyiqlər olduğuna diqqət çəkərək deyib: “Bu məsələ Vaşinqtonun mübarək Ramazan ayında bütün dünya müsəlmanlarının hisslərini oyatmamaq istəyi kontekstindədir. Xüsusilə də nəzərə alsaq ki, Qəzzada törədilən qırğın və aclığa görə ABŞ hökumətini Təl-Əvivlə birgə məsuliyyət daşıdığını vurğulayırlar.”

Sizin rəyiniz

You are replying to: .